XeberPlus

Ən son xəbərlər

Ölkə

17 Avqusta gözlənilən hava haqqı

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətəti məlumat verib.

Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *