Xankəndi şəhər stadionunda təmir və yenidənqurma işlərindən sonra ilk rəsmi oyunun nə vaxt keçiriləcəyi açıqlanıb.
XeberPlus.com xəbər verir ki, noyabrın 19-da I Liqanın VIII turu çərçivəsində keçiriləcək “Xankəndi” – “Karvan-Yevlax” oyunu stadionun yenidən qurulmasından sonra ilk rəsmi qarşılaşma olacaq.
Matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “Xankəndi” klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.









