Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı dövlət qurumlarının 472 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. XeberPlus.com Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə (Dövlət CERT-i) istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə…



