Azərbaycanda gənc futbolçu vəfat etdi
“Cəlilabad” futbol klubunun gənc oyunçusu vəfat edib. XeberPlus.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Sənan Əbilov oktyabrın 10-da dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.




