BDU elektron diplomların paylanılmasını başa çatdırıb
2026-cı ildən etibarən diplomların elektron formada təqdim edilməsinə keçid edilib. Bu da məzunların işini xeyli asanlaşdırıb. XeberPlus.com xəbər verir ki, Bakı Dövlət universiteti bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” rəqəmsal hökumət platformasına inteqrasiyası prosesini tam başa çatdırıb.



