Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb. XeberPlus.com xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən Bəxtiyar Muradov polis tərəfindən saxlanılaraq həbs edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Müğənni Safurə Əliyevanın evini su basdı
İstanbuldakı güclü yağıntı müğənni Safurə Əliyevnın da evinə ziyan vurub. XeberPlus.com xəbər verir ki, bu barədə “Avroviziya” təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.
XİN Pakistanda məktəb uçqunu ilə bağlı başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məktəb binasının bir hissəsinin uçması nəticəsində çox sayda şagird və müəllimin həlak olması ilə bağlı başsağlığı verib. XeberPlus.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. “Qardaş İslam Respublikası Pakistanın Peşəvərdə məktəb binasının bir hissəsinin…
Bu şəxslərə xüsusi rütbə veriləcək
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. XeberPlus.com xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə…
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. XeberPlus.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq….
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edildi
Azərbaycanda Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir sıra şəxslər “Tərəqqi” medalı ilə təltif edilib. XeberPlus.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla həmin şəxslər aşağıdakılardır: Astanov Elvin Əmrah…
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul etdi – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. XeberPlus.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib….
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Vüqar Zifəroğlu Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurasının (MŞ) yeni sədri seçilib. XeberPlus.com xəbər verir ki, Mətbuat Şurasının İdarə Heyətinin toplantısında Vüqar Zifəroğlunun sədrliyə namizədliyi irəli sürülüb. Qeyd edək ki, Mətbuat Şurasının bundan əvvəlki sədri Rəşad Məcid olub.
Azərbaycanda ailə quranların sayı azalır
Azərbaycanda nikah və boşanmaların sayı azalıb. XeberPlus.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 26 485 nikaha daxilolma və 13 278 boşanma halları qeydə…
Əxlaqsız təklifi rədd edilən yeniyetmə dayısının arvadını öldürdü
Bu ilin iyun ayında Cəlilabad rayonunda dayısının 27 yaşlı həyat yoldaşını qətlə yetirən 15 yaşlı Abbas Mahmudova (ad və soyadlar şərtidir) hökm oxunub. XeberPlus.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb. O, Cinayət Məcəlləsinin…
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTOLAR
Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir. APA xəbər verir ki, ümumilikdə 225 nümayəndə qurultayda iştirakını təsdiqləyib. Qeyd edək ki, Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən, Hacıbəy Heydərli (“Azxeber.com”), Orxan Amaşov (AnewZ), Səadət Məmmədova…
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanladı
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik məktubları ünvanlayıb. XeberPlus.com xəbər verir ki, bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. Təklif…














































