BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində bakalavriat səviyyəsində “Regionşünaslıq (Afrika üzrə)” ixtisası üzrə kadr hazırlığına başlanılacaq. Tədris prosesi çərçivəsində tələbələr Afrika qitəsinin tarixi, siyasi sistemi, iqtisadi inkişafı, beynəlxalq münasibətləri, regional inteqrasiya prosesləri, mədəniyyəti, etnik və dini müxtəlifliyi,…




