XeberPlus

Ən son xəbərlər

Ölkə

Ölkə

Sumqayıtda kafe yanıb

Sumqayıt şəhərində fəaliyyət göstərən kafe tamamilə yanıb. “Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində baş verib. Hadisə nəticəsində Anar Xanhüseyn oğlu Mirzəliyevin icarədarı olduğu, ümumi sahəsi 200 kvadratmetr olan “Qızıl Qaya” kafesi tamamilə yanıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Ölkə

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

“Azərbaycan Dəmir Yolları” QSC Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkətini bərpa etməyə hazırlaşır. “Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində…

Ölkə

Nazir Rövşən Fətullayevi müdir təyin etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında yeni təyinat olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Rəşad İsmayılovun müvafiq əmri ilə Rövşən Fətullayev Strateji Proqnozlaşdırma şöbəsinin müdiri təyin edilib. Xəbəri nazirlikdən saytımıza təsdiqləyiblər. Qeyd edək ki, Rövşən Fətullayev uzun illər Dövlət…

Ölkə

Nazir onu özünə köməkçi təyin etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni köməkçi təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə Babək Əsgərov gətirilib. Bu barədə nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb. Nazirlikdən xəbəri təsdiqləyiblər.

Ölkə

Bakıda Pakistanın Müstəqillik Günü qeyd olunub – FOTOLAR

Bu gün Pakistan İslam Respublikasının Müstəqillik Günü münasibətilə ölkənin Azərbaycandakı səfirliyində təntənəli tədbir keçirilib. Hit.az xəbər verir ki, tədbir Qurani-Kərimin tilavəti ilə açıq elan edilib.  Ardınca Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ölkəsinin dövlət bayrağını ucaldıb. Dövlət himninin səsləndirilməsindən…

Ölkə

15 Avqusta gözlənilən hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən XeberPlus.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti,…

Ölkə

Ötən gün 62 cinayətin üstü açılıb

Avqustun 13-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. XeberPlus.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan…

Ölkə

Coratda sahilboyu ərazi zibillərdən təmizləndi

Corat qəsəbəsində yerləşən çimərlikboyu ərazidə “Təmiz sahil, təmiz dəniz” devizi altında iməcilik aksiyası keçirilib. İməclik Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Bələdiyyəsinin və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı, eləcə də şəhərin digər aidiyyəti idarə, müəssisə və…

Ölkə

Novxanıda üç maşın toqquşub

Novxanı qəsəbəsində qəza baş verib. Yol-nəqliyyat hadisəsi dünən gecə saatlarında qeydə alınıb. İlkin məlumata görə, “Daewoo”, “Toyota Prius” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.  Hazırda hadisənin digər təfərrüatları barədə məlumat yoxdur. Mənbə: Avtosfer.аz

Ölkə

Xankəndiyə növbəti köç oldu: daha 22 ailə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Modern.az-ın məlumatına görə, budəfəki mərhələdə Xankəndi şəhərinə 22 ailə – 102 nəfər köçürülür. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda…

Ölkə

Azərbaycanda səfirliyini bərpa etməyə hazırlaşır

Peru Azərbaycanla diplomatik münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə Bakıdakı səfirliyinin fəaliyyətini bərpa etmək imkanını nəzərdən keçirir. Modern.az xəbər verir ki, bu barədə Perunun “La Razón” qəzeti yazıb. Nəşr Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyini, enerji və ticarət-iqtisadi potensialını diqqətə çatdırıb. Məqalədə…

Ölkə

9 illik baza üzrə kollecə qəbul nəticələri məlum olub

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Bu barədə  XeberPlus.com-a DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər. Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı,…