Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
XeberPlus.com xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,7% artaraq 125,94 ABŞ dolları olub.
Bundan əvvəl Azərbaycan nefti 121,43 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.







