Yeniliklərilə gündəmdə olan Türkiyəli aktrisa Hande Erçelin qazancı məlum olub.
XeberPlus.com xəbər verir ki, İnstaqram hesabında cəmi 24 saat aktiv qalan hekayə paylaşımı üçün tələb etdiyi iddia edilən ödəniş inanılmaz dərəcədə yüksəkdir.
Aktrisanın qazancı TV8-də yayımlanan “Gəlin Danışaq” proqramında müzakirə olunub.
İddialara görə, Erçel yalnız İnstaqram Hekayələrində 24 saat qalacaq bir paylaşım üçün 500.000 ilə 700.000 TL arasında pul alır.








