Bakıda zeytun festivalı başlayacaq.
XeberPlus.com xəbər verir ki, festival Dənizkənarı Milli Parkın ərazisində təşkil olunacaq.
Tədbir Azərbaycanın zeytunçuluq irsinin qorunması və tanıdılması, yerli istehsalçıların fəaliyyətinə dəstək göstərilməsi, həmçinin ölkənin zeytun məhsullarının milli brend kimi inkişaf etdirilməsi məqsədi daşıyır. Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə, “Absheron Olive Gardens” və “Olivea” şirkətlərinin sponsorluğu əsasında həyata keçiriləcək.
Qeyd edək ki, iştirak ödənişsizdir.








