XeberPlus

Ən son xəbərlər

Dünya

Avtomobil alovlandı, sürücü yandı: Qadın göz yaşlarını saxlaya bilmədi – VİDEO

Ukraynanın paytaxtı Kiyevdə dron hücumuna məruz qalan avtomobildə köməksiz vəziyyətdə qalan kişinin yandığını görən qadın göz yaşlarını saxlaya bilməyib.

XeberPlus.com xəbər verir ki, hadisə ilə bağlı yayılan görüntülərdə avtomobilin alova büründüyü, yaxınlıqda olan qadının isə yaşananlara çarəsiz şəkildə baxaraq ağladığı görünür.

Türkiyə mediasının məlumatına görə, avtomobilin Rusiya dronunun hücumu nəticəsində alovlandığı bildirilir. Hadisənin şahidi olan qadının ağlaması və yaşadığı sarsıntı sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunub.

Hadisə Rusiya-Ukrayna müharibəsi fonunda mülki şəxslərin üzləşdiyi təhlükələri bir daha gündəmə gətirib. 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *