“Neftçi” hazırda ən yaxşı formadadır. Çempionatda ən çox qol vuran komanda məhz onlardırlar. Ötən tur “Sabah”a qarşı da yaxşı çıxış etmişdilər. Yekunda matçı 1 xalla başa vurduq. İnanıram ki, hər şey yaxşı olacaq”.
XeberPlus.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Misli Premyer Liqasının 8-ci turunda “Neftçi”yə qarşı keçirilən oyun (3:3) barədə danışarkən deyib.
Məhəmmədəliyev uzun müddətdən sonra meydana çıxmasına belə münasibət bildirib:
“Psixoloji cəhətdən hazır idim. Bir qədər oyun praktikasının azlığı çətinlik yaradır. Qapıçılar üçün oynamaq vacibdir. Buraxdığım qollara da baxdım… Bir az yaxşı oynamaq olardı. Meydana çıxdıqca, daha yaxşı formada olacağam”.
“Matçın sonlarına yaxın “Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması siz futbolçulara necə təsir etdi” sualını “Qarabağ”ın qapıçısı belə cavablandırıb: “Bu, mənim xoşuma gəlmir. Qurban Qurbanov hər zamam Azərbaycanı layiqincə təmsil edib. Ona hörmət etmək lazımdır. Başa düşürəm, fanatdırlar. Nə etmək olar? Əgər xarici məşqçi olsa, tamam, danışın. Amma Qurban Qurbanov “Neftçi” üçün də yad deyil. Vaxtı ilə orada oynayıb”.//Xitab24.az








