XeberPlus

Ən son xəbərlər

Sosial

Bu ilin 7 ayında məişət zorakılığından zərər çəkmiş 25 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib.

XeberPlus.com quruma istinadən xəbər verir ki, onlardan 25-i uşaqdır.

Məlumata görə, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar.

Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *