İsranbulda yağan güclü yağışlar yeraltı keçidləri və yolları gölə çevirib.
XeberPlus.com xəbər verir ki, Mügənni Murad Boz və aktrisa Demet Özdemir Sarıyerin Ayazağa rayonunda su dolu studiyada yüzlərlə işçi ilə bərabər köməksiz qalıblar.
Murad Boz canlı yayım açaraq təxliyə tələb edib. O, suyun səviyyəsinin 2 metrə çatdığını qeyd edib.
Müğənni studiyada 200-250 nəfərin olduğunu və köməksiz qalaraq dua etdiklərini bildirib.
M.Boz internet bağlantısınında zəiflədiyini vurğulayıb.
Eyni studiyada olan aktrisa Demet Özdemir də, daşqınla bağlı paylaşım edərək studiyada qaldıqlarını qeyd edib.








