1. Antilia-Hindistan

Antilia hindistanlı milyarder Mukeş Ambaninin ailəsinin yaşadığı, 27 mərtəbəli qeyri-adi yaşayış binasıdır. Adi malikanələrdən fərqli olaraq, bu bina şəxsi göydələn formasında inşa edilib.
Binada çoxsaylı avtomobillər üçün dayanacaq, helikopter meydançaları, şəxsi kinoteatr, üzgüçülük hovuzu və idman mərkəzləri var.
Binanın tikintisində istifadə edilən bahalı materiallar, mürəkkəb memarlıq, müasir texnologiyalar və Mumbayın nüfuzlu ərazisində yerləşməsi onun dəyərini artırır. Təxmini dəyəri 1-2 milyard dollardır.
2. Villa Leopolda-Fransa

Fransada Aralıq dənizi sahilində yerləşən bu tarixi villa dünyanın ən bahalı şəxsi mülklərindən biri hesab olunur. Dəyəri 500-750 milyon dollardır. Geniş bağları, dəniz mənzərəsi və klassik memarlığı ilə seçilir.
Villanın tarixi Belçika kralı II Leopoldla əlaqələndirilir. Mülkün ərazisində çoxsaylı istirahət sahələri və geniş yaşıllıqlar var.
Tarixi, böyük torpaq sahəsi, özəl ərazisi və Fransanın ən bahalı yaşayış bölgələrindən birində yerləşməsi əsas səbəblərdir.
3. İstana Nurul İman sarayı-Bruney

Bruney sultanının rəsmi iqamətgahı olan İstana Nurul İman dünyanın ən böyük saraylarından biridir. Saray geniş ərazisi, möhtəşəm memarlığı və çoxsaylı otaqları ilə tanınır.
Binada minlərlə otaq, ziyafət salonları, məscid və müxtəlif rəsmi mərasimlər üçün nəzərdə tutulan sahələr var.
Sarayın ölçüsü, dəbdəbəli interyeri, memarlığı və xüsusi təyinatı onun dəyərini artırır. Dəyəri isə 1.4 milyard dollar təşkil edir. Bununla belə, göstərilən məbləğ təxmini qiymətləndirmədir. Saray adi daşınmaz əmlak kimi satışa çıxarılan şəxsi ev deyil.
4. Palais Bulles-Fransa

Fransada Bubble Palace adı ilə də tanınan Palais Bulles qeyri-adi memarlığı ilə seçilir. Onun dairəvi formaları və bir-birinə birləşən kürəyə bənzər tikililəri ənənəvi malikanələrdən tamamilə fərqlənir.
Mülk vaxtilə modelyer Pyer Kardenlə əlaqəli olub və memarlıq baxımından dünyanın ən fərqli yaşayış tikililərindən biri sayılır.
Qeyri-adi dizaynı, Aralıq dənizi mənzərəsi, geniş ərazisi və nadir memarlıq üslubu qiymətinə təsir göstərir.Təxmini dəyəri 400 milyon dollardır.








