Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.
XeberPlus.com xəbər verir ki, bu barədə Özbəkistan Prazidentinin mətbuat xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.
Tədbirin gündəliyinə Asiya qitəsində təhlükəsizliyin, sülhün və etimadın möhkəmləndirilməsi, eləcə də AQEM-in gələcək institusional inkişafı ilə bağlı mühüm məsələlər daxildir.
Həmçinin rəqəmsallaşma, nəqliyyat əlaqələri, dayanıqlı iqtisadi artım və digər prioritet sahələrdə praktiki əməkdaşlıq imkanları müzakirə olunacaq.








