XeberPlus

Ən son xəbərlər

Dünya

Roma Papasının ağciyərində törəmə tapıldı

Roma Papası XIV Leo yaxın günlərdə ağciyərində aşkarlanan düyünün çıxarılması üçün əməliyyat olunacağını açıqlayıb.

XeberPlus.com Modern.az-a istinadla xəbər verir ki, tibbi müayinə zamanı törəmə erkən mərhələdə aşkar edilib. Bu barədə papa bazar günü keçirilən “Angelus” duasından sonra danışıb.

Katolik Kilsəsinin rəhbərinin sözlərinə görə, həkimlər ağciyərində sərhədləri aydın müəyyən edilmiş bir düyün aşkarlayıblar.

“Həkimlər cərrahi müdaxiləni məqsədəuyğun hesab edirlər. Onların tövsiyələrinə əməl edərək, düyünün çıxarılması üçün əməliyyat olunmağa razılıq verdim”, — deyə pontifik bildirib.

Aşkarlanan törəmənin xarakteri və əməliyyatın dəqiq tarixi barədə hələlik əlavə məlumat verilməyib.

Müalicənin XIV Leonun noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Peruya planlaşdırılan səfərinə təsir edib-etməyəcəyi də məlum deyil.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *