XeberPlus

Ən son xəbərlər

Dünya

Türkiyədə 15 yaşdan kiçiklər üçün sosial mediaya yeni məhdudiyyət gətirilir

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial media istifadəsinə dair yeni tənzimləmə hazırlanır. Yeni qaydalara əsasən, platformalarda istifadəçilərin yaşının təsdiqlənməsi məcburi olacaq.

XeberPlus.com türk mediasına istinadla xəbər verir ki, qərar noyabrın 1-dən edibarən qüvvəyə minəcək.

Bu barədə Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş məlumat verib. O bildirib ki, sosial media istifadəçilərin yaşı hökumət sistemi olan (e-Devlet) vasitəsilə yoxlanılacaq.

Yeni qayda 15-18 yaş arası olan istifadəçilərədə məhdudiyyətlər gətirir. Belə ki, həmin şəxslərin hesabları gizli olacaq, izləyici və izlənilənlərin siyahısı başqalarına görünməyəcək. Bu hesablardan canlı yayım açmaq mümkün olmayacaq və ekran görüntülərinin alınmasının qarşısını almaq üçün də texniki tədbirlər görüləcək.

Sosial media platformaları zərərli məzmunlardan qorunmaq üçün filtrasiya və təhlükəsizlik sistemləri tətbiq etməli olacaq. Qaydalara əməl etməyən platformalar üçün sanksiyalar nəzərdə tutulur.

Başladılan bu dəyişiklər isə valideynlərə uşaqlarının hesablarına nəzarət etməyədə şərait yaradacaq.

Qeyd edək ki,yeni tələblər mövcud hesablara da şamil olunacaq. Bütün mövcud hesabların 31 mart 2027-ci ilədək ən azı bir dəfə yaş təsdiqindən keçməsi nəzərdə tutulur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *