XeberPlus

Ən son xəbərlər

Dünya

Siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq

Türkiyədə siqaret satışınıa nəzarəti gücləndirmək və azaltmaq üçün yeni qayda tətbiqinə başlanılıb.

XeberPlus.com türk mediasına istinadla bildirir ki, yeni tənzimlənməyə əsasən siqaret alan şəxslərdən şəxsiyyət vəsiqəsi tələb ediləcək.

Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu TRT Haber telekanalına verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, əvvəllər tütünlə mübarizədə gözlənilən nəticələr əldə edilsədə, siqaret gənclər və qadınlar tərəfindən istifadə edilməkdə davam edir.

Nazir siqaretin yaratdığı problemləridə diqqətə çatdırıb. O ağciyər və qırtlaq xərçəngi, ürək xəstəlikləri, nəfəs darlığı və digər ciddi sağlamlıq problemlərini siqaretlə əlaqələndirib.

K.Memişoğlu siqareti tərgitmək istəyənlərə dəstək məqsədilə ölkədə 1700-dən çox siqareti tərgitmə poliklinikasının fəaliyyət göstərdiyinidə vurğulayıb.

Nazir elektron siqaretində ziyanlı olduğunu açıqlayaraq siqaretlə mübarizəyə dair yeni qanun layihəsinin yaxın həftələrdə Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi planlaşdırıldığınıda qeyd edib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *