İş adamı Araz Ağalarovun həyat yoldaşı butik açıb.
XeberPlus.com xəbər verir ki, Alyona Ağalarova mebel, tekstil kimi əşyaların satılacağı butik açıb.
A.Ağalarova həyat yoldaşının bu işdə ona motivasiya verdiyini bildirib:
“Həmişə onun fikrinə qulaq asıram, ərim mənim əsas motivatorum, əsas dəstəyimdir. Təbii ki, onun hər şeyə öz baxışı var. Mən də eşitməyə çalışıram, amma həmişə yox”.
Araz Ağalarovda layihənin detallarına diqqət yetirdiyini açıqlayıb:
“Mən detallara diqqət yetirirəm, hər bir kiçik detal mənim üçün vacibdir”








