Oktyabr ayında gözlənilən qeyri-iş günləri açıqlanıb.
XeberPlus.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Ay ərzində istirahət günləri yalnız təqvim üzrə həftəsonlarına təsadüf edir.
Məcəllənin müvafiq maddələrinə əsasən, 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü dövlət əhəmiyyətli bayram kimi qeyd edilsə də, qeyri-iş günü sayılmır. Bu səbəbdən həmin tarixdə əmək qrafikində heç bir dəyişiklik edilmir.
Belə ki, 5 günlük iş həftəsi ilə çalışan şəxslər üçün 9 gün istirahət günü (şənbə və bazar günləri) müəyyən olunur. 6 günlük iş həftəsi ilə çalışan şəxslər üçün 4 gün istirahət günü (yalnız bazar günləri) müəyyən olunur.
Beləliklə, oktyabr ayının 11,18 və 25-i bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur.








