Azərbaycan mətbəxi özünəməxsus təamları ilə məşhurdur. Bu təamlar dünyanın bütün ölkələrində tanınır. Ölkəyə səyahət edən turistlərdə məhz bu dadların gözəlliyinə heyran qalırlar. Əsrlərdir mətbəximizdə hazırlanan zəngin təamların dadı yeyildikcə damaqdan getmir. Insanda bir daha yemək istəyi yaradır.
Azərbaycan mətbəxi zəngindir, burada dolma, plov, dovğa və saymaqla bitməyən digər gözəl neymətlər ölkəyə gələn turistlərində sevimli yeməklərinə çeviriliblər.
Bununla yanaşı, hər bölgənin özünəməxsus dadları da var. Məsələn, Şəki özünəməxsus şirniyyatları, Lənkəran mətbəxi ləvəngi və digər yerli yeməkləri, Quba isə müxtəlif xəmir və şirniyyat məhsulları ilə seçilir.
Azərbaycan mətbəxində ət, düyü, tərəvəz, göyərti, süd məhsulları, quru meyvələr və müxtəlif ədviyyatlardan geniş istifadə olunur. Nar, zəfəran və müxtəlif göyərtilər isə bir çox yeməyə xüsusi dad və ətir verir.
Azərbaycan süfrəsinin başqa bir xüsusiyyəti yeməklərin yalnız qidalanma vasitəsi kimi deyil, qonaqpərvərliyin bir hissəsi kimi qəbul edilməsidir. Bayramlarda, ailə toplantılarında və qonaqlıqlarda süfrəyə müxtəlif yeməklərin düzülməsi bu ənənənin mühüm göstəricilərindəndir.
Ölkəmizin qonaqpərvərliyi süfrələrimizdə yer alan yeməklərə də təsir edir. Gələn qonaqların qarşısına müxtəlif dadlar qoyulur.
Qonaqlara təqdim edilən paxlava, şəkərbura və digər şirniyyatlar isə Azərbaycan mətbəxində təkcə yeməklərin yox şirniyyatlarında sevildiyini göstərir.





