XeberPlus

Ən son xəbərlər

Xarici Siyasət

İranda mülki şəxslərə hərbi təlimlər keçirilir

İranda ABŞ və İsraillə yaşanan gərginlik fonunda vətəndaşlara hərbi hazırlıq təlimlərinin keçirildiyi bildirilir. Təlimlərdə iştirak edən şəxslərə silah istifadəsi, ilk yardım və müxtəlif müdafiə sahələri üzrə məlumatlar verildiyi qeyd olunur.

XeberPlus.com xəbər verir ki, “Can Fəda” adlı proqrama qeydiyyatdan keçən qadın və kişilər üçün Tehranda xüsusi hazırlıq məntəqələrində hərbi təlimlər təşkil edilir.

Məlumata görə, iştirakçılara uzun lüləli silahlarla davranış, hava hücumundan müdafiə sistemləri, çoxsaylı raket qurğuları, ilk yardım və şəhər şəraitində döyüş hazırlığı ilə bağlı təlimlər keçirilir.

İddialara əsasən, proqram çərçivəsində 30 milyondan çox şəxsin qeydiyyatdan keçdiyi bildirilib. Təlimlərdə iştirak edənlər mümkün yeni hücum və ya fövqəladə vəziyyət zamanı ölkəni müdafiə etməyə hazır olmaq istədiklərini açıqlayıblar.

Təlimlərdə qadın və kişilərin ayrı qruplar şəklində iştirak etdiyi qeyd olunur. Qadınlar üçün həftədə üç gün, kişilər üçün isə daha uzun müddətli hazırlıq proqramlarının keçirildiyi bildirilir.

İştirakçılardan biri olan Bita Restegar bildirib ki, məqsədlərinin mümkün təhlükələrə qarşı hazırlıqlı olmaq olduğunu deyib. O, müdafiə, ilk yardım və silahlarla bağlı ilkin biliklər əldə etdiklərini qeyd edib.

Digər iştirakçılar da ölkələrini qorumaq üçün bu proqramlara qoşulduqlarını bildiriblər.

Vətəndaşlar üçün təşkil olunan hərbi hazırlıq proqramları ABŞ və İran arasında gərginliyin davam etdiyi bir dövrə təsadüf edir. ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamalarından sonra bölgədəki vəziyyət daha da diqqət mərkəzinə gəlib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *