“Turan Tovuz” bu gün “Fənərbağça” ilə üz-üzə gələcək.
XeberPlus.com xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oyun saat 20:00-da baş tutacaq. Görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
Matçdan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Qeyd edək ki, iki komanda sonuncu dəfə 1994-cü ildə UEFA Kubokunda qarşılaşıb. Həmin vaxt Azərbaycanı avrokuboklarda təmsil edən ilk klub olan “Turan” İstanbul təmsilçisinə hər iki oyunda məğlub olub. “Fənərbağça” ilk görüşdə 5:0, cavab matçında isə 2:0 hesabı ilə qalib gəlib.








