Barmaq arası başmaqlar qızmar havalarda tərləyən ayaqlar üçün həmişə məşhur seçimlərdən biri olub. Üstəlik, bu yay yenilənmiş modellərlə yanaşı, dabanlı variantları da var.
Lakin dabanlı olub-olmamasından asılı olmayaraq, barmaq arası başmaqlar ayağa kifayət qədər dəstək verməməsi və ayaq sağlamlığına zərər verə bilməsi səbəbindən yaxşı reputasiyaya malik deyil.
İngiltərədə ayaq sağlamlığı üzrə mütəxəssis Helen Branthwaite barmaq arası başmaqların zərərli olduğunu deməyin “doğru olmadığını” düşünür.
Branthwaite-in fikrincə, problem başmağın modelindən çox, qış aylarından sonra baş verən böyük dəyişikliklə bağlıdır:
“Çox kip ayaqqabıdan birbaşa başmaq geyinməyə keçsəniz, problem yarana bilər. Bu, ayağınızın normaldan daha çox yüklənməsi deməkdir və nəticədə zədələnməyə daha meyilli olursunuz.
Ayaq zaman keçdikcə formasını dəyişməyə başlayır və genişlənməyə meylli olur. Bunu izah etmək üçün ən yaxşı nümunə belə ola bilər, məsələn daim korset taxdığınız zaman bədəniniz sıxılır, amma korseti çıxardıqda hər şey əvvəlki kimi sərbəstləşir və formasını dəyişməyə başlayır.”
Mənbə: BBC.com







