Sultana filminin aktrisası Tuba Büyüküstün serialın afişası yayıldığı vaxtı paylaşılan fotosuna bildirilən mənfi fikirlərdən söz açıb.
XeberPlus.com xəbər verir ki, bu barədə o Birsen Altuntaşın YouTube kanalında qonaq olarkən danışıb.O afişada yayımlanan qoltuq altı tüklərinin həqiqət olmadığı və şəkilin üzərində edilən dəyişiklik olduğunu bildirib.
“Qadınların tükləri var. Ağda və lazerin nə vaxt ortaya çıxdığını bilmirəm. Qadınların tükləri ilə yaşadığı bir dövr olub.”- deyə aktrisa qeyd edib.
Xatırladaq ki, Tuba Büyüküstün və Deya Pınar Akın rollarını paylaşdığı Sultana serialı 17 sentyabrda yayımlanıb.









