XeberPlus

Ən son xəbərlər

Dünya

Taylandda güclü yağışlar fəlakətə çevrildi

Taylandda güclü yağışların səbəb olduğu daşqınlar geniş əraziləri əhatə edib. Hadisə nəticəsində 2,6 milyondan çox insan zərər çəkib, 23 nəfər həyatını itirib.

XeberPlus.com xəbər verir ki, Paytaxt Banqkok da daxil olmaqla ölkənin 29 bölgəsində sentyabrın 16-dan başlayan leysan yağışları daşqınlara səbəb olub.

Tayland Fəlakətlərlə Mübarizə və İdarəetmə Departamentinin məlumatına görə, sel nəticəsində 940 mindən çox ailə təsirlənib. Daşqınlardan zərər çəkən insanlar üçün 233 müvəqqəti sığınacaq mərkəzi yaradılıb.

Xilasetmə və təxliyə qrupları riskli ərazilərdə yaşayan insanların təhlükəsiz yerlərə köçürülməsi üçün fəaliyyətlərini davam etdirir.

Rəsmilər bildiriblər ki, yağışların zəifləyəcəyi gözlənilsə də, bəzi bölgələrdə qəfil sel, torpaq sürüşməsi və daşqın təhlükəsi hələ də qalır.

Əhali xüsusilə dağlıq ərazilərin yamaclarında, çay kənarlarında və alçaq ərazilərdə yaşayan insanlara diqqətli olmaları barədə xəbərdarlıq edilib. Güclü yağışların bəzi bölgələrdə hələ də davam etdiyi bildirilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *