XeberPlus

Ən son xəbərlər

Dünya

Təyyarədə kokpit böhranı, qanlı görüntülər ortaya çıxdı

Dubay–Təl-Əviv reysini həyata keçirən Flydubai təyyarəsində baş verən hadisə ilə bağlı yeni görüntülər yayılıb.

XeberPlus.com xəbər verir ki, uçuş zamanı yaranan gərginlikdən sonra təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərindəki hava limanına təhlükəsiz eniş edib. Hadisədən sonra yayılan görüntülərdə bir sərnişinin paltarında qan ləkələri olduğu görünür.

İsrail mediasının məlumatına görə, həmin sərnişin kokpitdə baş verən qarşıdurmaya müdaxilə edən şəxslərdən biri olub. Sərnişinlərin iddialarına əsasən, uçuş zamanı kokpitdən qışqırıq səsləri eşidilib və içəridə dava baş verib.

Bəzi məlumatlarda pilotlardan birinin yaralandığı və ekipaj üzvləri ilə sərnişinlərin vəziyyətə müdaxilə etdiyi bildirilir. Həmçinin hadisə ilə bağlı daha ciddi iddialar da səsləndirilib — pilotlardan birinin təyyarəni qəsdən təhlükəli vəziyyətə salmağa çalışdığı ehtimalının araşdırıldığı qeyd olunur.

Lakin bu iddia hələ rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Hazırda təsdiqlənən məlumatlara görə, təyyarədə kokpit daxilində fiziki qarşıdurma yaşanıb və ekipaj təyyarəni təhlükəsiz şəkildə yerə endirməyi bacarıb.

Sərnişinlərdən biri hadisə zamanı böyük panika yaşandığını, insanların bir anlıq həyatlarını itirəcəklərini düşündüklərini bildirib.

Hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalar davam edir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *