El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!..
Hər misrasında vətənə bağlılığı olan bu şeiri bilməyən yoxdur. Vətənin Ana ilə eyniləşdirilməsi və vətənə olan istəyin könül-can qədər yaxın olduğunu bildirən ilk Xalq Şairi Səməd Vurğun 1906-cı ildə Yuxarı Salahlı kəndində dünyaya gəlib. Uşaq yaşlarından şeirə həvəsi olan vurğun ilk təhsilini Qazax müəllimlər seminariyasında alıb, daha sonra Moskva Dövlət Universitetində Filologiya ixtisasında təhsilini davam etdirib.
Şairin ilk şeirlərinin çapı gənc yaşlarına təsadüf edib. Onun yaradıcılığında Vətən, insan azadlığı, təbiət kimi mövzular yer tutur. “Azərbaycan” şeiri təkcə S.Vurğunun deyil, bu gün bütün Azərbaycanın şeiridir. Dillərdən düşməyən, şeir deyiləndə uşaqdan-böyüyə hər kəsin dilində olan bu şeirdə şair Azərbaycana olan sevgisini etiraf edir.
Şairin yaradıcılığında yer tutan “Gecələr”, “Aygün”,“Dağlar” təbiətin gözəlliklərini, insanın dünyasını əks etdirir . Vurğun həm də dram müəllifidir. Onun məşhur “Vaqif” dramı şairin tarixi şəxsiyyətlərə dərin rəğbət bəslədiytini göstərir.
Şairin “Vətən” və “Azərbaycan elləri” kimi əsərləri vətən sevgisini və xalqın azadlıq arzusunu tərənnüm edir.
Şair 50 illik yubileyini qeyd etməyə hazırlaşırdı elə Xalq Şairi adının təsisidə buradan başladı və ona bu ad verildi. Lakin şair ağır xəstəliyi səbəbilə həmin ilin mayın 27-də vəfat etdi.
Səməd Vurğun yaradıcılığı bu gündə şagirdlər tətəfindən öyrənilir və sevilir.








