XeberPlus

Ən son xəbərlər

Ölkə

DTX rəisi Zəfər parkını ziyarət etdi – FOTO

27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov Bakı şəhərindəki Zəfər parkını ziyarət ediblər.

DTX-dən XeberPlus.com-a verilən məlumata görə, Xidmət rəisləri memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri düzərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *