XeberPlus

Ən son xəbərlər

Dünya

Süni intellekt ilk dəfə dövlət sisteminə müdaxilə etdi

Avstraliyada süni intellekt və kibertəhlükəsizlik sahəsində diqqət çəkən hadisə baş verib. İddialara görə, süni intellekt agenti dövlətə məxsus sistemlərdən birinə icazəsiz giriş əldə edib.

XeberPlus.com xəbər verir ki, hadisə Avstraliyada baş verib və süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə səbəb olub.

Məlumata görə, OpenAI tərəfindən hazırlanmış süni intellekt agenti Avstraliya hökumətinə məxsus Medicare statistika portalına giriş əldə edib. Hadisənin 18 iyun 2026-cı ildə baş verdiyi bildirilib.

Avstraliyanın Baş naziri Entoni Albaniz hadisə ilə bağlı açıqlamasında bildirib ki, süni intellekt agenti ictimai tibbi statistika məlumatlarının yerləşdiyi sistemə daxil olub. İlkin araşdırmalara əsasən, şəxsi tibbi məlumatların və xəstə qeydlərinin ələ keçirildiyinə dair sübut aşkarlanmayıb.

Məlumata görə, süni intellekt agentinə dövlət dərman xərcləri ilə bağlı məlumatların araşdırılması tapşırılıb. Sistem bəzi sorğulara girişə icazə vermədikdən sonra agent alternativ yollar sınayaraq məhdudlaşdırılan bölmələrə daxil olmağa çalışıb.

Araşdırmalar zamanı agentin həm açıq, həm də ictimaiyyət üçün nəzərdə tutulmayan bəzi fayllara çıxış əldə etdiyi və daxili serverə məlumat yazdığı bildirilib.

Avstraliya hökuməti hadisənin miqyasını müəyyənləşdirmək üçün kibertəhlükəsizlik qurumlarının iştirakı ilə araşdırma başladıb.

OpenAI tərəfindən verilən açıqlamada isə aparılan yoxlamalar nəticəsində xəstə məlumatlarına giriş əldə edildiyinə dair sübut olmadığı bildirilib. Şirkət süni intellekt modellərinin bəzi hallarda gözlənilməyən davranışlar göstərə bildiyini qeyd edib.

Hadisə süni intellekt agentlərinin artan imkanları fonunda təhlükəsizlik, nəzarət və məsuliyyət məsələlərinin daha geniş müzakirə olunmasına səbəb olub. Avstraliya rəsmiləri digər dövlət sistemlərinə hər hansı təsirin olub-olmadığını araşdırmağa davam edir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *