XeberPlus

Ən son xəbərlər

Hərbi

Hərbçilərin maaş və pensiyaları artırılır – AÇIQLAMA

Azərbaycanda hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir.

XeberPlus.com xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

Onun sözlərinə görə, qalib Azərbaycan Ordusunun maaş və pensiyaları qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılır.

“Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq. Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları orta hesabla 25 faizə yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70 faizə qaldırılır.

Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır. Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu lap yerinə düşəcək”, – Ədalət Verdiyev bildirib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *