Türkiyənin Mersin şəhərində balıq ovuna qoyulan qadağanın başa çatmasından sonra balıqçıların torlarına müxtəlif növ balıqlarla yanaşı, nadir rast gəlinən “dəvə balığı” da düşüb.
Açıq dənizlərin dərinliklərində yaşayan bu balıq növünün Mersin sahillərində tutulması diqqət çəkib. Balıqçılar ov mövsümünün başlaması ilə birlikdə dənizə çıxaraq müxtəlif növ balıqlar ovlayıblar.
“Dəvə balığı”nın dərin sularda yaşaması səbəbindən ona sahilə yaxın ərazilərdə tez-tez rast gəlinmir. Balıqçılar tərəfindən tutulan nümunə isə Mersindəki balıq bazarına gətirilib.
Çəkisi təxminən 500 qramdan 20 kiloqrama qədər olan “dəvə balığı” xüsusilə dadını bilənlər tərəfindən seçilərək istehlak olunur. Mersində tutulan bu balığın 1 kiloqramı 250 türk lirəsin(8,70) dən satışa çıxarılıb.







