XeberPlus

Ən son xəbərlər

Maraqlı

İnsan və robot ilk dəfə rinqdə qarşılaşdı

ABŞ-ın San-Fransisko şəhərində insan və insansı robot arasında keçirilən boks nümayişi texnologiya dünyasında böyük maraq yaradıb.

18 sentyabr 2026-cı ildə təşkil olunan qarşılaşmada döyüşçü Frenki LaPenna təxminən 1,80 metr hündürlüyündə olan inkişaf etmiş humanoid robotla rinqə çıxıb.

Süni intellekt və robot texnologiyalarının idmana tətbiqinin nümunəsi olan bu görüşdə qalib elan edilməyib. Qarşılaşma rəsmi yarış deyil, nümayiş xarakterli tədbir kimi keçirilib.

İnsanla robotun ilk dəfə boks rinqində üz-üzə gəlməsi gələcəkdə robotların idman, əyləncə və digər sahələrdə istifadəsi ilə bağlı yeni müzakirələr yaradıb. Tədbir robot texnologiyalarının artıq yalnız laboratoriyalarda deyil, real həyat ssenarilərində də sınandığını göstərib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *