XeberPlus

Ən son xəbərlər

Digər

Azərbaycan musiqisi – könülün sevgisi, ruhun qidası

Anadan olduğumuz ilk gündən bəri musiqilə böyüyürük, anamızın həzin laylasında yatırıq, beşikdən son həyat yolumuza kimi daim musiqi zənguləsilə qidalanırıq. 

Hər duyğumuzu musiqilə müşaiət edib eyniləşdirir, ruh halımıza uyğun mahnıları seçirik. Həyat yolumuzda zəngin melodiyası ilə seçilən Azərbaycan musiqisi ahəngdarlığıyla insanda dərin izlər yaradır. Bəzən bir muğam insanın sözlə ifadə edə bilmədiyi duyğuları dilə gətirir, bir xalq mahnısı uşaqlıq xatirələrini canlandırır. 

Əsrarəngiz musiqisi olan ölkəmiz böyük xəzinədir. 

Tarımız, kamançamız, sazımız və s. Milli musiqi ənənələrimizi davam etdirən Azərbaycanın mədəni kimliyinin ayrılmaz hissəsidir. Bu sənəti yaşatmaq, gələcək nəsillərə ötürmək isə hər birimizin mənəvi məsuliyyətidir. 

Azərbaycan musiqisi insanın könlünə toxunan, ruhunu dinləndirən və onu öz köklərinə bağlayan bir səsdir. Bu səs əsrlər keçsə də dəyişmir. Arif Babayev, Alim Qasımov , Cabbar Qaryağdıoğlu, Bülbül Zülfü Adıgözəlov və adları saymaqla bitməyən sənətkarlarımız səslərilə qəlblərdə dərin musiqı sevgisi yaradıblar. Azərbaycan musiqisi ölməz sənət əsərləridir.

Arzu ibrahimova

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *