Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə vəfat edib.
XeberPlus.com bildirir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Xatırladaq ki, Əməkdar artist Sevda Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunmuşdu.







