XeberPlus

Ən son xəbərlər

Digər

6 aylıq hamilə qadın əri və qohumları tərəfindən döyülərək öldürdü

Türkiyənin Kadirli rayonunda 6 aylıq hamilə olan 20 yaşlı Didar Filiz həyat yoldaşı və onun üç qohumu tərəfindən döyülərək öldürülüb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənc qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı həyat yoldaşı K.F. və üç qohumu saxlanılıb.

XeberPlus.com xəbər verir ki, başından ağır zərbələr alan qadın xəstəxanaya aparılsada, ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik müəyyən edilməyib.

Hadisədən sonra əraziyə gələn polis 4 şübhəlini saxlayıb. Araşdırma davam edir.

Mənbə; Haberler.com

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *