XeberPlus

Ən son xəbərlər

Ölkə

Sabah hava necə olacaq ?

XeberPlus.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman ola bilər. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə gün ərzində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz isə 20-25° isti olacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *