XeberPlus

Ən son xəbərlər

Texnologiya

AI şirkətlərindən xəbərdarlıq

Süni intellektin sürətli inkişafı ilə bağlı müzakirələr davam edir. OpenAI CEO-su Sam Altman insanların bu texnologiyadan narahat olmaqda haqlı olduğunu bildirib.

Altman San-Fransiskoda keçirilən tədbirdə çıxışı zamanı süni intellektin imkanlarının əvvəlkindən daha sürətlə artdığını və bu gücün yanlış istifadə olunacağı ilə bağlı narahatlıqların başadüşülən olduğunu deyib.

OpenAI rəhbəri bildirib ki, süni intellekt şirkətləri yeni imkanlar yaratmaqla yanaşı, təhlükəsizlik məsələsini də əsas prioritet kimi saxlamalıdır. Onun sözlərinə görə, əsas məqsəd texnologiyanın insanlara fayda verəcək şəkildə inkişaf etdirilməsidir.

Son günlərdə Anthropic CEO-su Dario Amodei, Altman və Elon Musk daxil olmaqla bir sıra texnologiya liderləri süni intellekt inkişafında daha ehtiyatlı yanaşmaya çağırış ediblər.

Digər tərəfdən, Nvidia CEO-su Jensen Huang və Meta rəhbəri Mark Zuckerberg süni intellektin inkişafının davam etməsinin vacibliyini vurğulayıb, təhlükəsizliyin isə şirkətlərin məsuliyyəti olduğunu bildiriblər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *