Marketdən qida alarkən yalnız məhsulun görünüşünə deyil, üzərindəki məlumatlara da diqqət etmək vacibdir. İlk növbədə istehsal və son istifadə tarixini, həmçinin məhsulun hansı şəraitdə saxlanmalı olduğunu yoxlamaq lazımdır.
Qablaşdırmanın şişməsi, deformasiyaya uğraması, məhsulun rənginin və ya qoxusunun dəyişməsi də təhlükə siqnalı ola bilər. AQTA bildirir ki, hətta istifadə müddəti bitməyən, lakin xarab olma əlamətləri olan qidalardan da istifadə edilməməlidir.
Xüsusilə ət, süd məhsulları, balıq, yumurta, mayonezli salatlar və kremli şirniyyatlar kimi tez xarab olan qidaların saxlanma temperaturuna diqqət yetirmək lazımdır.
AQTA istehlakçılara məhsulun etiketindəki məlumatları diqqətlə oxumağı tövsiyə edir.







