XeberPlus

Ən son xəbərlər

Maqazin

“Güllər və Günahlar” serialıda yeni aktyor

Kanal D -də yayımlanan məhşur serial “Güllər və Günahlar” -a yeni aktyorlar qatılıb.

XeberPlus.com xəbər verir ki, baş rollarını Murat Yıldırım və Cemre Bayselin canlandırdığı serialın heyətinə İştar Gökseven və Ebru Şam da qoşulublar.

Iştar Gökseven Tecer qardaşlarının atası Yusuf Tecer obrazını canlandıracaq. İlk mövsümdən etibarən ortaya çıxması gözlənilən Yusufun gəlişi ilə Tecer ailəsinin keçmişində gizli qalan bəzi məqamların üzə çıxacağı gözlənilir.

Ebru Şam isə serialda vəkil Sonay obrazına həyat verəcək. Onun hekayəyə daxil olması ilə yeni dəyişikliklərin baş verəcəyi bildirilir.

Qeyd edək ki, NGM istehsalı olan “Güllər və Günahlar”ın ikinci mövsümü 12 sentyabr şənbə günü saat 20:00-da Kanal D-də yayımlanacaq.

Xatırladaq ki, Deniz Can Çelikin rejissoru olduğu serialın ssenarisini Yelda Eroğlu yazır. Layihənin prodüseri isə Nazlı Heptürkdür.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *