XeberPlus

Ən son xəbərlər

Media

ABŞ-nin Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar
Platformasının (ASAP) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində
“Meet & Greet” adlı şəbəkələşmə tədbiri keçirilib.

XeberPlus.com xəbər verir ki, 40-a yaxın azərbaycanlı gəncin iştirak etdiyi görüşün rəsmi çıxışları zamanı Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov və ASAP-ın idarə heyətinin üzvü MirGünay Bayramova ölkəmizi beynəlxalq arenada təmsil
edən Azərbaycan gəncliyinin inkişafı, dövlət gənclər siyasəti çərçivəsində görülən işlər, eləcə
də ABŞ-də təhsil alan azərbaycanlı gənclərin layiqli təmsilçiliyi barədə danışıblar.

Həmçinin ASAP Nyu-York nümayəndəsi Elman Gözəlov təşkilatın fəaliyyəti, dəstək
mexanizmləri, eləcə də gələcək aylarda həyata keçirilməsi planlaşdırılan layihələri barədə
məlumat verib. Daha sonra tədbir iştirakçılar arasında şəbəkələşmə sessiyası ilə davam edib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *