Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub.
XeberPlus.com bildirir ki, onun vəzifədən azad edilməsi ilə bağlı təqdimat Baş nazir və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən verilib.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.







