8 Sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür.
XəbərPlus.com xəbər verir ki, bu əlamətdar gün 1958-ci ildə Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində təsis edilib. Gün 1943-cü il sentyabrın 8-də faşistlər tərəfindən qətlə yetirilən çex jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub.
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində media nümayəndələrinin həmrəyliyini, söz və məlumat azadlığının, peşə prinsiplərinin və jurnalistlərin hüquqlarının qorunmasının əhəmiyyətini vurğulayan gün kimi qeyd olunur.
Bu gün münasibətilə XəbərPlus.com olaraq bütün həmkarlarımızı təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.







