XeberPlus

Ən son xəbərlər

Təhsil

Sumqayıtda 38 məzun qızıl və gümüş nişana namizəddir

Sumqayıt və Ceyranbatan qəsəbəsində yerləşən məktəblərin XI sinifləri üzrə qızıl və gümüş nişana namizəd məzunların adları açıqlanıb.

Sumqayit24.az Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, ümumilikdə 38 məzunun namizədliyi irəli sürülüb.

Namizədlər məktəblər üzrə aşağıdakı kimi bölünüb:

– Təbiət Elmləri Təmayüllü Gimnaziya – 15 qızıl, 3 gümüş olmaqla 18 nəfər;

– Sumqayıt şəhəri 23 nömrəli tam orta ümumi təhsil məktəbi – 6 qızıl, 5 gümüş olmaqla 11 nəfər;

– Təbiət Elmləri Təmayüllü Lisey – 2 qızıl nişan namizədi;

– Sumqayıt şəhəri 1 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl, 1 gümüş olmaqla 2 nəfər;

– Sumqayıt şəhəri 35 nömrəli tam orta ümumi təhsil məktəbi – 2 qızıl nişan namizədi;

– Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl nişan namizədi;

– Sumqayıt şəhəri 11 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl nişan namizədi;

– Sumqayıt şəhəri 12 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl nişan namizədi.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *