XeberPlus

Ən son xəbərlər

Dünya

İrandan Küveytə PUA hücumu – VİDEO

ABŞ ilə İran arasında davam edən qarşıdurma Körfəz ölkələrinə də yayılır. Məlumata görə, İran Küveyt ərazisinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib. Küveyt hava hücumundan müdafiə sistemlərini işə salıb.

Küveyt Baş Qərargahı açıqlayıb ki, ölkənin hava müdafiə sistemləri İran tərəfindən göndərilən raket və PUA-lara qarşı müdaxilə edib. Sakinlərə təhlükəsizlik qaydalarına əməl etmək çağırışı edilib.

İran dövlət televiziyası hücumların Küveytdəki ABŞ hərbi bazalarını hədəf aldığını bildirib. Lakin bu iddia hələ ABŞ və Küveyt tərəfindən təsdiqlənməyib.

Küveyt son günlərdə ikinci dəfə hədəfə çevrilib. İran daha əvvəl də ölkədəki ABŞ hərbi mövcudluğunu vurduğunu açıqlamışdı.

Mənbə: SonDakika

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *