HBO şirkəti yeni “Harri Potter” serialının ilk treylerini təqdim edib.
XeberPlus.com bildirir ki, layihənin ilk nümayişinin 2026-cı ilin Milad bayramı ərəfəsində səkkiz bölümdən ibarət olması nəzərdə tutulur.
Serialın ilk mövsümündə “Harri Potter və Fəlsəfə Daşı” kitabında təsvir olunan hadisələr canlandırılacaq. Süjet 11 yaşlı Harrinin sehrbaz olduğunu öyrənməsi və valideynlərinin məşhur qaranlıq sehrbaz Lord Voldemort tərəfindən öldürüldüyünü bilməsi ilə həyatında başlayan qeyri-adi macəralardan söz açır.







