XeberPlus

Ən son xəbərlər

Dünya

Feribota mindikdən 5 dəqiqə sonra anasına zəng edib: “Ana, ölürük, haqqını halal et”

Türkiyə mətbuatı xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Girne şəhərində baş verən feribot hadisəsindən sağ çıxan Adanalı Sudenaz Sönmezin hadisə anında çəkdiyi görüntülər ortaya çıxıb.

Sudenaz Sönmezin anası Selcan Sönmez bildirib ki, qızı feribota mindikdən təxminən 5 dəqiqə sonra ona zəng edərək: “Ana, gəmi çox silkələnir, dua et” deyib. Daha sonra isə qorxu içində: “Ana, ölürük, gəmi batır, haqqını halal et” sözlərini söyləyib.

Ana qızının yenidən zəng etdiyini və gəmidə insanların xilas olmaq üçün mübarizə apardığını dediyini bildirib. O, qızının böyük panika yaşadığını və həmin anları unutmağın çətin olduğunu söyləyib.

Hadisə zamanı sərnişinlərdən Burak Arif Kaya-nın şüşəni qıraraq bəzi insanlara çıxmağa kömək etdiyi, Sudenaz Sönmezin də bu şəkildə xilas olduğu qeyd olunub.

Sudenazın anasının sözlərinə görə, gəmi hərəkət etdikdən sonra su almağa başlayıb və təxminən 20 dəqiqə sonra yan yatıb. Xilas edilən sərnişinlər xəstəxanaya aparılıb, onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Mənbə: Hürriyet

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *