Superliqanın 3-cü turunda “Fənərbağça” “Samsunspor”la üz-üzə gəlib.
XeberPlus.com bildirir ki,“Fənərbağça”nın qələbəsində Vedat Muriç və Oğuz Aydının qolları böyük rol oynayıb. Muriç 3-cü, Oğuz Aydın isə 49-cu dəqiqədə fərqlənib.
Bu nəticə ilə “Fənərbağça” 6 xal toplayaraq turnir cədvəlində üçüncü sıraya yüksəlib. “Samsunspor” 4 xalla doqquzuncu pillədə qalıb.
Qeyd edək ki,Türkiyə Superliqasında növbəti turda “Fənərbağça” “Trabzonspor”u qəbul edəcək, “Samsunspor” isə “Antalyaspor”u qarşılaşacaq.







